Hadisə

Faciəvi şəkildə ölənlər sahədə işləməyə gedirmiş

Faciəvi şəkildə ölənlər sahədə işləməyə gedirmiş

Salyanda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

“Qafqazinfo”nun məlumatına görə, avtomobildə faciəvi şəkildə ölən şəxslər yaxın qohumlar olub.

1971-ci il təvəllüdlüSərrafQafarov, 1989-cu il təvəllüdlüCamalDəmirovvə 1987-ci il təvəllüdlüRamiqHəsənov əkinsahəsində işləməyə gedirmişlər.

Hadisə baş verən zaman onların ərazidə olan başqa bir qohumu hadisəni görsə də, maşının pəncərəsindən içəri dolan su səbəbindən heç birini xilas edə bilməyib.

Onların hər üçünün suda boğularaq öldüyü məlum olub.

Qeyd edək ki, mərhumlar evli olub. Onlardanbiri yaxın günlərdə yeni tikdiyi evə köçməyə hazırlaşırmış.

Faktla bağlı araşdırma aparılır.

NE
Nihadə Eyyubova