“Əli Həsənovu hər cür tənqid eləmək olar. Hələ vəzifədən çıxarıldığına görə toy-bayram da eləmək olar”.
Bunu yazıçı Kəramət Böyükçöl deyib.
“Bunlar ən çox onu sağlığında tənqid edənlərin haqqıdır. Düzdür, ola bilər gələcəkdə Azərbaycan xalqı Əli Həsənovun getdiyi günü Milli Mətbuat Günü kimi qeyd etsin. Amma vəzifədə olarkən qorxusundan onun haqqında bir kəlmə də deyə bilməyən, yaxud ev almaq üçün dilini dimməzinə qoyanlar vardı ha, indi onlar Əli müəllim barədə ağzlarına gələni yazır. Yazsınlar, bir söz demirəm. Ancaq o adamlar ölkə üçün də, vətən üçün də, cəmiyyət üçün də, dostluq, yoldaşlıq, qonşuluq, qohumluq üçün də, ümumiyyətlə, insanlıq üçün də Əli Həsənovun yürütdüyü media siyasətindən qat-qat təhlükəlidirlər. Çünki onlar necə olur-olsun yenə özlərinə bir Əli Həsənov tapacaqlar...” – K.Böyükçöl qeyd edib.
Xatırlatma: Prezident İlham Əliyevin noyabrın 29-da imzaladığı sərəncamla Əli Həsənov Azərbaycan Respublikası Prezidentinin ictimai siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri vəzifəsindən azad edilib. (Pravda.az)


