Gündəm Özəl

Azərbaycan Rusiyanın qurumlarına müraciət etdi — RƏSMİ

Azərbaycan Rusiyanın qurumlarına müraciət etdi — RƏSMİ

Yekaterinburq hadisələri ilə bağlı Azərbaycan Rusiyanın müvafiq qurumlarına müraciət edib.

Demokrat.az xəbər verir ki, bu sözləri Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov iyulun 2-də Baş Prokurorluqda Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı cinayət işinin açılmasına dair keçirilən mətbuat konfransında deyib.

Məlumata görə, Rusiyanın səlahiyyətli orqanlarından müvafiq istintaq hərəkətlərinin aparılması xahiş edilib:

“Azərbaycan Rusiyanın daha sürətli istintaq və araşdırma hərəkətlərinə başlayacağına ümid edir”.

Cavidan Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova