Dünya

Putin və İlham Əliyev müzakirə aparacaq? — Peskovdan AÇIQLAMA

Putin və İlham Əliyev müzakirə aparacaq? — Peskovdan AÇIQLAMA

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon söhbəti hazırda planlaşdırılmır.

Demokrat.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-a müsahibəsində deyib.

"Hazırda gündəlikdə Vladimir Putin ilə İlham Əliyev arasında söhbət yoxdur, lakin lazım olarsa, bu, ən qısa müddətdə baş tutacaq", - o qeyd edib.

D.Peskov həmçinin Yekaterinburqdakı hadisələri şərh edərkən Moskvanın Bakı ilə yaxşı münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu bildirib. (Musavat.com)

NE
Nihadə Eyyubova