ABŞ-ın zərbələri İranın nüvə obyektlərinə ciddi ziyan vurub.
Demokrat.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi bildirib.
O bildirib ki, nüvə obyektlərimizə ciddi ziyan dəyib, bu, şübhəsizdir.
ABŞ prezidenti Donald Tramp ABŞ-ın İrana zərbələrindən sonra nüvə proqramının inkişafının geriyə çəkildiyini bildirib.
ABŞ-ın vitse-prezidenti isə Trampın hərəkətlərini vurğulayaraq, Vaşinqtonun siyasi rejimi dəyişməyə və demokratiyanı tətbiq etməyə çalışmadığına diqqət çəkib.
Əfsanə Kamal Demokrat.az


