“Dollara təsir edən bir çox faktorlar var. Neftin qiyməti dolları ucuzlaşdıran faktor deyil. Dolları ucuzlaşdıran məqam daha çox risklərlə, ABŞ-Çin iqtisadi müharibəsi ilə bağlıdır”.
Bunu Demokrat.az-a iqtisadçı Xalid Kərimli deyib. O bildirib ki, bu ticarət müharibəsi riskləri artırır və ABŞ dollarına etibarı aşağı salır:

Neft qiymətlərindən danışan iqtisadçı qeyd edib ki, neftin qiyməti İran-İsrail konfliktindən asılı olacaq:
“Müharibə səngisə, qiymət düşəcək, şiddətlənsə, qiymət artacaq. Bu qiymətin manata heç bir təsiri yoxdur. İndiki qiymətlər manatın stabil saxlanmasına kömək edir”.
Cavidan Mirzəzadə Demokrat.az


