Dünya

Təl-Əvivdə ABŞ səfirliyinin yaxınlığına raket düşdü

Təl-Əvivdə ABŞ səfirliyinin yaxınlığına raket düşdü

Təl-Əvivdə ABŞ səfirliyinin yaxınlığına raket düşüb.

Demokrat.azxəbər verir ki, bu barədə İsrailin "Ynet" portalı məlumat yayıb.

"Raketlərdən biri ABŞ səfirliyi kompleksinin ərazisinə yaxın bir yerə düşüb", - deyə məlumatda bildirilir.

Portal raketin hansı ölkəyə məxsus olduğunu açıqlamayıb.

Öz növbəsində ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi bildirib ki, yaxınlıqda baş verən partlayış nəticəsində səfirlik az miqdarda zərər görüb, lakin heyət üzvləri arasında xəsarət alan olmayıb.

Bundan əvvəl Təl-Əvivdə Danimarka səfirinin yaşadığı çoxmərtəbəli binaya İranın atdığı raket düşüb. Danimarkanın İsraildəki səfiri Tomas Vinkler "Facebook" hesabında bildirib ki, təhlükəsiz sığınacaqda olduğu üçün o, xəsarət almayıb.

D
demokrat.az