2025-ci il iyulun 1-dən fəxri adlara görə aylıq təqaüdün məbləği artırılır.
Oxu.Azxəbər verir ki, bu, Prezidentİlham Əliyeviniyunun 12-də imzaladığı sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqındaFərmandaəksini tapıb.
Belə ki, fərmanla növbəti aydan xalq yazıçısı, Xalq şairi, Xalq artisti və Xalq rəssamı üçün 300 (üç yüz) manat, Əməkdar elm xadimi, Əməkdar incəsənət xadimi, Əməkdar artist, Əməkdar rəssam, Əməkdar mədəniyyət işçisi, Əməkdar müəllim, Əməkdar həkim, Əməkdar memar, Əməkdar bədən tərbiyəsi və idman xadimi, Əməkdar dövlət qulluqçusu, Əməkdar jurnalist, Əməkdar mühəndis, Əməkdar hüquqşünas, Əməkdar kənd təsərrüfatı işçisi, Əməkdar pilot, Əməkdar tibb işçisi üçün 200 (iki yüz) manat aylıq təqaüd müəyyən edilir.


