Şou-biznes

"Dözə bilmirəm artıq"

Dözə bilmirəm artıq

Amerikaya köçən aparıcı Hüsniyə Məhərrəmova oradakı həyatından bəhs edib.

Demokrat.az xəbər verir ki, aparıcı ABŞ-də sevmədiyi halı izləyiciləri ilə bölüşüb. O, yanacaqdoldurma məntəqəsində özünün maşına benzin vurması halını bəyənmədiyini vurğulayıb.

"Amerikada hər şeydən xoşum gəlir. Bir şeydən başqa: benzini özün vurmalısan" deyə, o, bildirib.

Hüsniyə daha sonra zarafatla "Bitdi, qayıdıram Masazıra. Bu ağır mühacir həyatına artıq dözə bilmirəm" sözlərini əlavə edib.

NE
Nihadə Eyyubova