Hadisə

Toya hazırlaşan 3 uşaq anası həyatını itirdi

Toya hazırlaşan 3 uşaq anası həyatını itirdi

Gəncədə 30 yaşlı qadın dəm qazından boğularaq ölüb.

Demokrat.az xəbər verir ki, hadisə şəhərin İsaq Cəfərov küçəsində yerləşən 6 saylı binada baş verib. Həmin binada yaşayan 1988-ci il təvəllüdlü İsayeva Şəfəq Niyazi qızı vanna otağında dəm qazından boğulara ölüb. Məlumata görə, 3 uşaq anası olan qadın bu gün yaxınlarından birinin toyuna hazırlaşarkən vanna otağında boğulub.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az