Hadisə

Sumqayıtda qadın məzilində ölü tapıldı

Sumqayıtda qadın məzilində ölü tapıldı

Sumqayıt şəhərində mənzildən meyit tapılıb.

Demokrat.az-ın Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumatına görə, FHN "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1974-cü il təvəllüdlü Nəcəfova Nəzakət Əhmədxan qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

D
demokrat.az