Dünya Özəl

ABŞ şirkətləri bu ölkəyə 60 milyard dollara qədər sərmayə qoyacaq

ABŞ şirkətləri bu ölkəyə 60 milyard dollara qədər sərmayə qoyacaq

ABŞ prezidenti Donald Trampı Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) son səfəri zamanı Əbu-Dabi Milli Neft Şirkətinin (ADNOC) Amerika şirkətləri ilə müqavilələr imzaladığını açıqlayıb.

Demokrat.az xəbər verir ki, potensial investisiyaların ümumi həcmi 60 milyard dollar qiymətləndirilir.

BƏƏ-nin Sənaye və Qabaqcıl Texnologiyalar Naziri Sultan Əl Cabir bildirib ki, BƏƏ və ABŞ arasında güclü ikitərəfli əlaqələr enerji təhlükəsizliyinə dair ortaq öhdəliyimizlə dəstəklənir və biz bu öhdəliyi ABŞ-ın böyük enerji şirkətləri ilə razılaşmalar vasitəsilə bir daha təsdiq edirik.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova