Əməkdar artist Rəşad İlyasov 83 yaşlıXalq artisti,məşhur diktor Roza Tağıyeva ilə bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, sənətçi birlikdə lentə alınan fotolarını sosial şəbəkədə izləyiciləri ilə bölüşərəkbunları yazıb:
"Gözəl xanım, televiziyanın ən gözəl siması... Uzun illər bu səs, bu görünüş hər zaman bizi sevindirib. Bu gün AzTV-nin həyətində gördüm, çox qürurlandım".
Qeyd edək ki,Roza Tağıyeva 1962-ci ildənAzTV-də çalışır.


