Maliyyə

ABB bu ay Şuşada filial açacaq

ABB bu ay Şuşada filial açacaq

Azərbaycan Beynəlxalq Bankı (ABB) bu ay Şuşada filial açmağı planlaşdırır.

Demokrat.az xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov deyib.

O bildirib ki, bununla bağlı hazırda hazırlıq işləri gedir.

“ABB işğaldan azad edilmiş ərazilərdə ilk filial açan bank olub və Xankəndi şəhərində filial müştərilərə xidmət göstərir”- Abbas İbrahimov əlavə edib.

D
demokrat.az