Polşa prezidentliyinə namizəd Qrzeqorz BraunKatovitse şəhərində Avropa İttifaqının bayrağını cırıb və üzərində ayaqlarını silib.
Demokrat.az xəbər verir ki, o, "X" səhifəsində hadisənin görüntülərini paylaşıb.
Prezidentliyə namizəd parlamentari kimi Polşa dağ-mədən sənayesinin ləğvi məsələsini həll etmək məqsədi ilə Katovitse şəhərinə gəlib.
Daha sonra Avropa İttifaqı bayrağını yerə endirərək, ayaqlarını silib.
Həmin paylaşım sosial şəbəkələrdə "Bura Polşadır, Brüssel deyil" başlığı ilə paylaşılıb.
Əfsanə Kamal Demokrat.az


