Qəzza zolağına yeni hücum Fələstinin radikal HƏMAShərəkatınıməğlub etməyə yönəlmiş intensiv hərbi əməliyyat olacaq.
Demokrat.az xəbər verir ki, bu barədəİsrailinbaş naziri BenyaminNetanyahusosial şəbəkədə məlumat verib.
Netanyahu bildirib ki, əhali öz müdafiəsi üçün köçürüləcək.
O, döyüşlərin anklavın hansı hissəsində aparılacağını bildirməyib.
İsrail Nazirlər Kabineti bu yaxınlarda Qəzza zolağında əməliyyatların genişləndirilməsiplanlarını təsdiqləyib.
Öz növbəsində HƏMAS liderlərindən biri Abdel Rəhman Şadid bəyan edib ki, Fələstin hərəkatı Qəzza zolağında atəşkəs sazişi bağlamağa hazırdır və hazırda İsraildən hərəkət gözləyir.
Əfsanə Kamal Demokrat.az


