Avstraliyanın Tasmaniya adasında yerləşən Hobart şəhərindən 1391 km cənubda Sakit Okeanda 6,5 bal gücündə zəlzələ baş verib.
Bu barədə “İnterfaks” Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsinə istinadla məlumat yayıb.
Qeyd edilib ki, episentrdə zəlzələnin intensivliyinə əsasən, zəlzələ “dağıdıcı” kimi qiymətləndirilir.
Çərşənbə axşamı, aprelin 29-da, Bakı vaxtı ilə saat 18:54-də qeydə alınan zəlzələnin episentri Makquarie adasından ( Avstraliya , Tasmaniya) təxminən 234 km şərqdə yerləşib.
Aprelin 23-də İstanbul ərazisində bir neçə zəlzələ baş verib. Ən güclünün maqnitudası 6,2 olub. Yeraltı təkanlar hətta episentrdən 300 km aralıda, Ankarada hiss olunub. Təcili yardım xidmətləri yüksək xəbərdarlıq rejiminə keçib. (Publika.az)


