Aprelin 25-də İstanbulda Rusiya və Türkiyə arasında Yaxın Şərq üzrə məsləhətləşmələr keçiriləcək.
Demokrat.az xəbər verir ki, bu barədə TürkiyəXarici İşlər Nazirliyindən məlumat verilib.
Məsləhətləşmələrdə Türkiyəni xarici işlər nazirinin müavini Nuh Yılmaz, Rusiya tərəfdən isə xarici işlər nazirinin müavini Mixail Boqdanov təmsil edəcək.
TərəflərSuriya vəFələstindəki vəziyyət də daxil olmaqla regional məsələlər üzrə fikir mübadiləsi aparmağı planlaşdırırlar.
Yanvarın 7-də Türkiyənin xarici işlər naziri Hikan Fidan bildirib ki, Ankara Suriyada Rusiya və İranın maraqlarını nəzərə alır.
Əfsanə Kamal Demokrat.az


