Hadisə

Binəqədidəki yanğında 5 ağaca ziyan dəyib — FOTO

Binəqədidəki yanğında 5 ağaca ziyan dəyib — FOTO

Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, “Tayqa” marketin anbarında aprelin 20-də baş verən yanğın zamanı 5 ağac yanıb.

Demokrat.azxəbər verir ki, bunu 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Qafar Ağayev bildirib.

O qeyd edib ki, nəticədə təbiətə 11700 manat məbləğində ziyan dəyib: "Faktla bağlı akt tərtib olunub. Təqsirkarların müəyyən olunması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə toplanmış sənədlər Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinə göndərilməsi üçün hazırlanır".

Binəqədidəki yanğında 5 ağaca ziyan dəyib — FOTO

D
demokrat.az