Hadisə

Qarabağda erməni əsgəri minaya düşdü

Qarabağda erməni əsgəri minaya düşdü

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycanın Dağlıq Qarabağ bölgəsində mina partlaması nəticəsində bir erməni hərbçisi yaralanıb.

Virtualaz.org-un məlumatına görə,bu barədə tert.am internet portalı xəbər yayıb.

Bildirilir ki, hərbçi Ermənistanın Tavuş bölgəsinin Çoratan icmasının sakinidir.

Berd icmasının rəhbəri Harutyun Manuçaryan portala açıqlamasında deyib: “Dünən mina partlaması nəticəsində hərbçi A. Sadyan yaralanıb. O, əməliyyat edilib, həkimlər onun ayağını dizdən aşağı amputasiya etmək məcburiyyətində qalıblar”.

İcma rəhbəri əlavə edib ki, yaralı Xankəndi hospitalına aparılıb.

D
demokrat.az