Gündəm

Bakı-Quba yolunun bir hissəsi bağlandı

Bakı-Quba yolunun bir hissəsi bağlandı

Bakı-Quba yolunun Xızı rayonundan keçən hissəsi aramsız yağış səbəbindən bağlanıb.

Demokrat.az xəbər verir ki, aramsız yağan yağışlar nəticəsində yolun 71-ci kilometrliyindən 75-ci kilometrliyinədək hərəkət iflic olub.

Quba istiqamətindən Bakıya doğru hərəkət edən sürücülər yolda bir sıra çətinliklər yaşayıb.

Problem səhər saatlarından davam edir.

NE
Nihadə Eyyubova