Rusiya şərab istehlakına görə dünyada yeddinci yerdədir.
Demokrat.az xəbər verir ki, bu barədə Beynəlxalq Üzüm və Şərab Təşkilatının (OIV) araşdırma məlumatları sübut edir.
Şərabın ən böyük payıABŞ -da istehlak olunur. Daha sonra Fransa (10,7%), İtaliya(10,4%), Almaniya (8,3%), Böyük Britaniya (5,9%), İspaniya (4,6%) və Rusiya (3,8%) gəlir.
Ötən il Rusiya bu içkidən 5,4 milyon hektolitr istehsal edərək dünyada 11-ci yeri qoruyub.
Eyni zamanda Rusiya şirkətləri istehsalı 19% artırıb. Yalnız Gürcüstan (+27%) və Argentina (+23%) dünya miqyasında daha əhəmiyyətli dinamika göstərə bilib.
Əfsanə Kamal Demokrat.az


