Artıq ikinci gündür ki, Tavusda istehkamçılar ərazidə aşkar edilmiş sursatları partlatmaq üçün iş aparırlar.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “MediaHub” nəşri yazıb.
Nəşr qeyd edib ki, Tavus sakinləri partlayışlardan təşvişə düşməyiblər.
Açarkut sakini Karen Qazaryan “MediaHub”a açıqlamasında vurğulayıb ki, sərhədin demarkasiyası çərçivəsində Ermənistan növbəti güzəştlərə hazırlaşır.

Qazaryan qeyd edib ki, Ermənistan tərəfi Barxudarlı və Sofulu kəndlərini də verəcək, bundan sonra Kayanavan, Ayqehovit və Vazaşen kəndləri vilayət mərkəzi İcevanla nəqliyyat əlaqəsini itirəcək.


