Dünya

Ağ Ev: ABŞ idxal rüsumlarını tətbiq etməyə davam edəcək

Ağ Ev: ABŞ idxal rüsumlarını tətbiq etməyə davam edəcək

ABŞ idxal məhsullarına rüsumların tətbiqini davam etdirəcək və paralel olaraq ticarət tərəfdaşları ilə danışıqlar aparacaq.

APAxəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levit bildirib.

“Bu razılaşmalar üzrə danışıqlar aparıldıqca, cavab rüsumlarının tətbiqi davam edəcək”, - Ağ Ev rəsmisi bildirib.

Levitin sözlərinə görə, tətbiq edilən rüsumlar ABŞ iqtisadiyyatına “trilyonlarla dollar” qazandıracaq.

NE
Nihadə Eyyubova