Dünya Özəl

Ukraynadan etiraf: Məktəblərdə rus dilini qadağan etmək mümkün deyil

Ukraynadan etiraf: Məktəblərdə rus dilini qadağan etmək mümkün deyil

Ukrayna məktəblərində rus dilini qadağan etmək mümkün deyil, çünki bu, Avropa İttifaqı standartlarını pozur.

Demokrat.az xəbər verir ki, bunu Ali Radanın Təhsil Komitəsinin rəhbəri Sergey Babak deyib.

“Ukraynanın Aİ-yə daxil olmaq istəklərini, həmçinin Venesiya Komissiyasının tövsiyələrini və Aİ-nin ayrı-ayrı üzv dövlətlərinin tələblərini nəzərə alaraq, biz təhsil qanunvericiliyində yerli dillərin istifadəsinə qadağa qoya bilmərik”, - deyə Babak bildirib.

O qeyd edib ki, belə bir norma ayrı-seçkilik kimi qiymətləndiriləcək və Ukraynanın Avropa İttifaqına üzvlüyünü çətinləşdirəcək.

Fevral ayında Ukraynada rusdilli mahnıların qadağan olunmasını tələb edən petisiyatələb olunan 25 min imza toplayıb.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova