Gündəm

Əhməd Şara Prezident İlham Əliyevə məktub göndərdi: "Əziz qardaş..."

Əhməd Şara Prezident İlham Əliyevə məktub göndərdi: Əziz qardaş...

Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əl-Şara Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Demokrat.azxəbər verir ki, təbrik məktubunda deyilir:

"Cənab Prezident, Əziz Qardaş.

Mübarək Ramazan bayramı münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı, uzun ömür, Azərbaycan Respublikasına daha da çox tərəqqi, rifah və əmin-amanlıq arzu edirəm. Birgə səylərimizlə ölkələrimizin və xalqlarımızın, həmçinin İslam ümmətimizin xoşbəxtliyi naminə Uca Allaha dua edirəm.

Bayramınız mübarək!"

NE
Nihadə Eyyubova