Gündəm

Ceyhun Bayramov Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib

Ceyhun Bayramov Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib.

Demokrat.azxəbər verir ki, paylaşımda deyilir:

"31 Mart Azərbaycanın Soyqırımı Günündə biz 107 il əvvəl radikal erməni qrupları tərəfindən vəhşicəsinə qətlə yetirilmiş on minlərlə günahsız azərbaycanlının xatirəsiniyad edirik.

Ermənistan tərəfindən günahsız azərbaycanlılara qarşı kütləvi deportasiya, etnik təmizləmə və soyqırımdan tutmuş hərbi cinayətlərə qədər bu cür dəhşətli əməllərin təkrarlanması, bu vəhşiliklərə görə məsuliyyət daşıyanların cəzasız qalmasına son qoyulmasının vacibliyini bir dahavurğulayırıq".

NE
Nihadə Eyyubova