Dünya Özəl

Zelenski Ukraynada prezident seçkisinin nə vaxt keçiriləcəyini açıqladı

Zelenski Ukraynada prezident seçkisinin nə vaxt keçiriləcəyini açıqladı

Ukraynada seçkilərmüharibə başa çatdıqdan və hərbi vəziyyətin ləğvindən sonra keçiriləcək.

Demokrat.az xəbər verir ki, bu barədə ölkə prezidenti Vladimir Zelenski bildirib.

Zelenski vurğulayıb ki, hərbi münaqişə bitdikdən sonra hərbi vəziyyət aradan qaldırılacaq, bundan sonra Ukrayna qanunvericiliyinə uyğun olaraq seçkilər keçiriləcək.

Onun sözlərinə görə, Rusiya ilə mümkün 30 günlük atəşkəs münaqişənin həlli üçün daha geniş sülh sazişinin hazırlanması üçün istifadə edilə bilər.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova