Dünya

SON DƏQİQƏ: Ermənistanda güclü zəlzələ oldu

SON DƏQİQƏ: Ermənistanda güclü zəlzələ oldu

Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin məlumatına görə, yerli vaxtla saat 9:26-da Spitak şəhərindən 6 km şimal-şərqdə 4,6 bal gücündə zəlzələ qeydə alınıb.

Demokrat.az xəbər verir ki, episentrdə yeraltı təkanların gücü 6-7 bal təşkil edib.

Təkanlar Lori, Şirak və Tavuş rayonlarında (4-6 bal), Kotayk, Qeqarkunik və Araqatsotn bölgələrində (2-4 bal) hiss olunub. İtki və dağıntı haqda məlumat verilmir. (Yeni Sabah)

NE
Nihadə Eyyubova