Dünya Özəl

ÜST Trampın qərarına görə işçilərini ixtisar edir

ÜST Trampın qərarına görə işçilərini ixtisar edir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ABŞ prezidentiDonald Trampınelan etdiyi kimi,ABŞ - ıntəşkilatdan çıxması fonunda xərcləri azaltmaq üçün bəzi işçilərə erkən təqaüdə çıxmağı təklif edib.

Demokrat.az xəbər verir ki, bu barədə“Bloomberg” məlumat yayıb. ÜST bu ilin iyun ayına qədər yaşı 55 və yuxarı olan işçilərə dörd aylıq pensiya təklif edir. Qərarın könüllü olduğu vurğulanıb.

Bu ilin yanvarında ABŞ prezidenti Donald Trampölkənin Ümumdünya Səhiyyə Təşkilatından çıxması ilə bağlı fərmanimzalayıb.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova