Gündəm

İlyas İsmayılovun dəfn yeri AÇIQLANDI

İlyas İsmayılovun dəfn yeri AÇIQLANDI

Xəbər veridiyimiz kimi, Ədalət Partiyasının sədri, keçmiş ədliyyə naziri İlyas İsmayılov vəfat edib.

Partiyadan Bizim.Media-ya verilən məlumata görə, 87 yaşında dünyasını dəyişən İlyas İsmayılovun Nardaranda dəfn ediləcəyi gözlənilir.

“Bu haqda son qərarı ailəsi verəcək”, - deyə partiyadan bildirilib.

Xatırladaq ki, İ.İsmayılovun səhhətində uzun müddətdir problemlər var idi. Partiya lideri insult keçirmiş, yanvarın 9-da xəstəxanaya yerləşdirilmişdi. O, yanvarın 21-də komaya düşmüşdü. Sabiq nazirin böyrəkləri də funksiyasını itirmişdi.

Qeyd edək ki, İsmayılov İlyas Abbas oğlu 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-1990-cı illərdə Respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub.

İ.İsmayılov 2001-ci ildən Ədalət Partiyasına sədrlik edirdi.

NE
Nihadə Eyyubova