Dünya Özəl

Avropa Parlamenti Gürcüstan hakimiyyətini tanımaqdan imtina edib

Avropa Parlamenti Gürcüstan hakimiyyətini tanımaqdan imtina edib

Avropa Parlamenti Gürcüstandamövcud hökumətin legitim tanınmamasına və onu boykot etməyə çağıran qətnamə qəbul edib.

Demokrat.az xəbər verir ki, həmçininSalome Zurabişvilinirespublika prezidenti kimi tanınıb. Bu barədə AP-nin mətbuat xidməti məlumat verib.

Səsvermədən sonra Gürcüstanla bağlı qətnamə lehinə 400 səslə dəstəklənib, 63 deputat əleyhinə səs verib, 81 deputat isə bitərəf qalıb. Sənədin mətnində deputatlar ölkədə keçirilən seçkilərdən sonra hakim “Gürcü arzusu” partiyasının yaratdığı hakimiyyəti tanımaqdan imtina ediblər.

Xüsusilə,Avropa ParlamentiMixail Kavelaşvilinilegitim dövlət başçısıhesab etməkdən imtina edib .Avropa Parlamentinin deputatları Salome Zurabişvilini Gürcüstanın hazırkı prezidenti kimi tanımaqda davam etdiklərini bildiriblər.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova