Plastik cərrahlarla bağlı qalmaqal ilk baxışdan səliqə-səhmanla yoluna qoyulur: KİV-də 50-yə yaxın plastik cərrahın sertifikatının saxta olduğu barədə xəbərlər yayılandan sonra hüquq-mühafizə orqanları araşdırmalara başladı, qısa araşdırmalardan sonra Baş Prokurorluq rəsmi açıqlama yaydı və diplomsuz plastik cərrahlarla bağlı 18 fakt aşkarlandığını bəyan etdi. Eyni zamanda qanunsuz tibbi fəaliyyətə şərait yaradılması müqabilində rüşvət almaqda şübhəli bilinən vəzifəli şəxslər - Səhiyyə Nazirliyinin İnsan Resursları, Elm və Təhsil Şöbəsinin müdiri Səidə Rüstəmova və Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin akkreditasiya şöbəsinin müdiri vəzifəsində işləmiş Lətafət Cabbarova barəsində ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçildi.
Bundan başqa ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahlara fəaliyyətlərinin qanuniliyini təsdiqləyən sənədlərinin surətlərini 31 yanvar 2025-ci ilədək Səhiyyə Nazirliyinə təqdim etmək üçün vaxt verildi.
Daha sonra araşdırmalar davam etdirildi və bu yaxınlarda 10-a yaxın plastik cərrahın lisenziyasının ləğv olunduğu açıqlandı. Elə bundan sonra da məsələ yenidən daha da aktuallıq kəsb etməyə başladı. Çünki bir tərəfdən, qanunsuz yollarla sertifikat əldə edənlərin çıxdaş olunması, digər tərəfdən yenidən sertifikat alıb-ala bilməyəcəkləri plastik cərrahlar arasında təşviş yaratdı.
Hazırda plastik cərrahlarla bağlı araşdırma davam etdirilir və bu sahəyə qanunsuz soxulan həkimlər cəzalandırılır. Amma bir məsələ yenə də açıq qalır: axı bu sertifikatı onlar özləri-özlərinə verməyiblər. Azərbaycan qanunvericiliyinə əsasən, xaricdə təhsil alan və plastik cərrahiyyə üzrə rezidenturanı bitirən həkimlər öncə Təhsil Nazirliyində diplomun akademik ekvivalentliyi və Səhiyyə Nazirliyində peşə ekvivalentliyi təsdiq edildikdə, praktik cərrahiyə üzrə peşə fəaliyyətlərini davam edə bilərlər. Həmçinin bu ali təhsilə malik mütəxəssislər praktik tibb fəaliyyəti ilə məşğul olduqlarından, beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər. Başqa sözlə, plastik cərrahiyyə ilə məşğul olmaq hüququ Səhiyyə Nazirliyinin Sertifikasiya Şurası tərəfindən rəsmiləşdirilir. O zaman sual yaranır, niyə yalnız saxta yollarla sertifikat alan həkimlər cəzalandırılır? Axı bu qanunsuzluğu rəsmiləşdirənlər onlardan heç də az məsuliyyət daşımırlar. Bəs, onlar niyə məsuliyyətə cəlb olunmurlar? Nə qədər inandırıcıdır ki, saxta sertifikasiya ilə yalnız nazirliyin şöbə rəhbərləri Səidə Rüstəmova və Lətafət Cabbarova məşğul olublar? Axı onların heç biri nazirliyin Sertifikasiya Şurasının rəhbəri deyillər. Məgər saxta sertifikatlara görə əsas məsuliyyəti Sertifikasiya Şurasının sədri daşımırmı? Bu suallara qayıdacağıq.
İndilik plastik cərrahların sertifikasiyası ilə bağlıHəkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşı, dosent, tibb üzrə fəlsəfə doktoru Akif Əfəndiyevinfikirlərinə diqqət edək. O,Bakupost.az-a açıqlamasında sertifikatı ləğv olmuş həkimlərin aqibətinin necə olacağı barədə qanunvericiliyin tələblərindən danışıb:

O ki qaldı, sertifikasiya şəhadətnaməsinə, bu sənəd Azərbaycan ərazisində tibbi praktiki fəaliyyət göstərmək üçün əsas sənəddir. Bu sertifikatı olmayan həkimin tibbi fəaliyyət göstərməsi mümkün deyil, qanunsuzdur. Bu barədə prezidentin xüsusi sərəncamı var. Sertifikat 5 illik verilir, vaxtı bitdikdə, yenidən imtahan verirlər, əgər keçirlərsə, yenidən sertifikat alırlar.
Sertifikatı almaq üçün yeganə tələb Sertifikasiya Komissiyasının imtahanından keçməkdir. Əgər hansısa həkim suallara cavab verə bilməsə, ona 6 ay vaxt verirlər ki, hazırlaşıb yenidən imtahan versin. Həkim də gedib hazırlaşır, kurslardan keçir, yenidən müraciət edir. Əgər o, ikinci dəfə də kəsilərsə, bu zaman onu işdən azad edirlər və ya həkimlik fəaliyyətinə icazə vermirlər. Deməli, iki dəfə imtahandan keçə bilməyən həkimin xalqa, pasiyentlərə xidmət göstərmək üçün bilik səviyyəsi kifayət etmir. Amma imtahanlarla bağlı say tələbi yoxdur. 3-5 dəfə də imtahan verə bilərlər. Sertifikasiya şəhadətnaməsi olmadan qanundan yayınıb xəstə qəbul edən, hər hansı özəl klinikada fəaliyyət göstərən həkim də, klinika da yüksək məbləğdə cərimə olunur. Bu yoxlamalar və cəzalar artıq sərtləşdirilib. Ona görə özəl klinikalar sertifikatsız həkimin işləməsində maraqlı olmamalıdır".
Saxta plastik cərrahlarla yanaşı, onlara qanunsuz yollarla, eləcə də maddi maraq qarşılığında sertifikat verən məmurların cəzalandırılması məsələsinə qayıdaq.
"Azərbaycan Tibb Jurnalı"nın redaktoru Fuad İslamzadəhesab edir ki, bu məsələdə cəza şərtləri hamıya eyni dərəcədə şamil edilməməlidir:

O ki qaldı, saxta sertifikatları verənlərə, bunu Nazirlikdə kim veribsə, onlar cəzalanmalıdır. Burada insani nəfs, maddi maraq, sui-istifadə faktoru ola bilər.
Ümumiyyətlə, özəl klinikalara lisenziyalar verilməsi də sərtləşməli, ciddi yoxlamalar aparılmalıdır. Mənə bir fakt danışmışdılar, Azərbaycanda özəl klinikada orta tibb təhsili olan biri narkoz verən, yəni anestezioloq kimi işləyib pul qazanmışdı. Dəfələrlə olub ki, əməliyyatda xəstə ölümü baş verən klinika rəhbərləri istintaqa və mətbuata deyib ki," biz əməliyyatxananı həkimə icarəyə veririk, bizim məsuliyyətimiz yoxdur. Həkim kirayə yer tutub xəstəni əməliyyat edir". Bu məsələ araşdırılmalıdır. Əgər həkimi yoxlamadan, sənədləri qaydasında olmadan, öz əməliyyat otağına buraxırsansa, deməli, bu, cinayətdir. Təəssüf ki, özəl klinikalar və havadarları həmişə cəzadan kənarda qalır. Dünyanın heç bir ölkəsində o ölkənin qanunlarına uyğun təhsil almayan, imtahan verməyən, icazə almayan həkimi nəinki əməliyyata, heç xəstənin müalicəsinə belə yaxın buraxmazlar. Bu, cinayətdir. Vaxtilə keçmiş Səhiyyə naziri Oqtay Şirəliyev həmişə deyirdi ki, özəl klinikalarda baş verən məsələlərə, yanlış müalicə və ölüm faktlarına, həkim səhlənkarlığına biz cavabdeh deyilik. İndi də eyni cavablar olur. Amma görünür ki, cavabdeh olmaq lazımdır. Tibb Universitetini və rezidenturanı bitirəndən sonra həkimlərin keçməli olduğu yollar, sənədlər, qurumlar çoxdur. Məsələ, təkcə ATU-nu oxuyub bitirmək deyil".
Beləliklə, tibb mütəxəssisləri də, mövcud qanunvericiliyin tələbləri də saxta sertifikat sahibi olan plastik cərrahlarla yanaşı, onu verən yüksək rütbəli məmurların da cəzalandırılmasını tələb edir.

Bəlkə düşünmək olardı ki, həmin vaxt, yəni 2019-cu ildə o, Sertifkasiya Şurasının sədri olub. Amma heç bir mənbədə onun bu komissiyanın sədri olması barədə məlumata rast gəlmək mümükün deyil.




