Kriminal

Goranboyda yük maşını aşdı — Ölən var

Goranboyda yük maşını aşdı — Ölən var

Goranboyda yük maşını aşıb.

Demokrat.az"Unikal"a istinadən xəbər verir ki, hadisə rayonun Ağcakənd qəsəbəsinin yaxınlığında qeydə alınıb.

Belə ki, hərəkətdə olan yük maşını yoldan çıxaraq aşıb.

Nəticədə sürücü, 1995-ci il təvəllüdlü Yusif Orucov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

NE
Nihadə Eyyubova