Dünya Özəl

"Google Maps"də kömək istəyən insanların mesajları tapılıb

Google Mapsdə kömək istəyən insanların mesajları tapılıb

Sosial şəbəkə istifadəçiləri "GoogleMaps"də kömək istəyən mesajlar tapıblar.

Demokrat.az xəbər verir ki, bu barədəDaily Staryazır. "Google Maps"in peyk görüntüləri insan alveri qorxusunu artıran narahatedici mesajlar aşkar edib.

Los-Ancelesdə, Kaliforniyada tərk edilmiş sənaye binasının həyətində "Kömək" və "Traffico" sözləri görünür.

İri boru qırıntılarından və tikinti materiallarından hazırlanan lövhələr sosial şəbəkədə yayılan görüntülərdən sonra sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib.

Mesajların tapıldığı obyekt Pacific Union Railroad-un yanında yerləşir. Narahatedici tapıntılara cavab olaraq, bəzi panelistlər nə baş verdiyini öyrənmək üçün bölgəyə getməyi planlaşdırdıqlarını söyləyib.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova