Kriminal

Nohur gölündə batan kişinin meyiti tapıldı

Nohur gölündə batan kişinin meyiti tapıldı

Ötən gün Qəbələ rayonu, Nohurqışlaq kəndi ərazisində Nohur gölündə 40 yaşlı kişi batıb

Fövqəladə Hallar Nazirliyindən (FHN) Demokrat.az-abildirilib ki, həmin şəxs Qəribov İlham İslam oğludur və onun meyiti bu gün tapılıb.

Meyit Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

NE
Nihadə Eyyubova