Avropa ölkələrindən Ukraynaya 50 min əsgər göndərilməsi üçün danışıqlar aparılır.
Demokrat.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Nəşr bildirib ki, britaniyalılar və fransızlar artıq bəzi ilkin planlaşdırmalara başlayıblar.
Qeyd olunur ki, hərbçilər atəşkəs olacağı təqdirdə Ukrayna iləRusiya arasında demarkasiya xəttində asayişi təmin edəcəklər.
ABŞ prezidentiDonald Trampınilk 100 gün ərzində diplomatik qələbələr əldə etmək istəyinəgörə tezliklə atəşkəsin əldə oluna biləcəyi ehtimal edilir.
Tramp Rusiyanın münaqişəyə son qoymağa razı olmadığıtəqdirdə Rusiyaya qarşı sanksiyaların mümkün genişləndirilməsi barədə xəbərdarlıq edib .O, ABŞ-ın bütün Rusiya ixracatına yüksək rüsumlar tətbiq edə biləcəyini söyləyərək, ən qısa zamanda razılaşmanın əldə olunmasının vacibliyini vurğulayıb.
Əfsanə Kamal Demokrat.az


