Dünya Özəl

Qadınlar ilk dəfə Ukrayna legionuna daxil edilib

Qadınlar ilk dəfə Ukrayna legionuna daxil edilib

Ukraynalı qadınlar Ukrayna Silahlı Qüvvələri naminə Polşadan vətənlərinə qayıdacaqlar.

Demokrat.az xəbər verir ki, bu barədəNewsweekjurnalı məlumat yayıb.

Nəşrin məlumatına görə, xaricdə yaşayan bir neçə ukraynalı qadın legiona qoşulub.

OnlarınNATO-ya üzv dövlətlərin ərazisindəvə ya öz ölkələrində hərbi təlim keçməsi, daha sonra isə cəbhəyə göndəriləcəyi gözlənilir.

Nəşr qeyd edib ki, ilk dəfə Ukraynanın PolşadakıBaş Konsulluğunda müqavilə imzalayanlar arasında qadınlar da olub.Onlar tibb və rabitə ilə bağlı ixtisaslar üzrə işləməyi seçiblər.

Bununla belə, legionun yaradılması xaricə gedən Ukrayna vətəndaşlarının ölkəyə qayıtması istiqamətində ilk addım ola bilər.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova