Dünya Özəl

Məşhur türkiyəli atıcı müsahibə qarşılığında 30 min avro alacaq

Məşhur türkiyəli atıcı müsahibə qarşılığında 30 min avro alacaq

2024 -cüil Olimpiadasında məşhur olmuş türkiyəli atıcıYusuf Dikeç30 min avro qarşılığında müsahibə verir.

Dikeçin köməkçisi bildirib ki, Yusuf sənətçi deyil və müsahibə verməklə maraqlanmır.

Müsahibə almaq istəyənlər isə yalnız idman haqqında danışmaq, müsahibənin dərc edilməzdən əvvəl yenidən oxunmasına icazə vermək və fotonun hüququnu idmançıya həvalə etmək kimi şərtləri də qəbul etməlidir.

2024-cü il Olimpiadasının 10 metr məsafəyə pnevmatik tapança ilə atəş açmada gümüş mükafatçısı olan Dikeç rəqiblərindən fərqli olaraq xüsusi linzalardan və qulaq qoruyucularından istifadə etməyib. O, bu hərəkətindən sonra internetdə məşhurlaşıb.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova