NATO kabelləri qorumaq üçün Baltik dənizinə 10-a qədər gəmi göndərəcək.
Demokrat.az xəbər verir ki, bu barədəYlexəbər agentliyi məlumat yayıb.
Şimali Atlantika Alyansı sualtı infrastrukturu qorumaq üçün Baltik dənizinə 10-a yaxın gəmi göndərəcək.
Qeyd edilir ki, ümumilikdə on gəminin olacağı gözlənilir. Onlar bu ilin aprel ayına qədər dənizdə qalacaqlar. Gəmilərin enerji və telekommunikasiya kabellərinin yaxınlığında yerləşəcəyi bildirilib.
Qeyd edək ki, NATO Estoniya-Finlandiya elektrik kabeli Est Link2-nin zədələnməsiilə bağlı insidentdən sonra Baltik dənizində mövcudluğunu artırmaqniyyətindədir.
Est Link 2-də təxribat törətməkdə Rusiya şübhəli bilinir.
Əfsanə Kamal Demokrat.az


