Dünya Özəl

Avropa sürətli qaz istehlakına görə təşvişə düşüb

Avropa sürətli qaz istehlakına görə təşvişə düşüb

Avropa qaz ehtiyatlarını son yeddi ildə heç vaxt olmadığı qədər sürətlə istehlak edir.

Demokrat.az xəbər verir ki, bu barədəBloomberg məlumat yayıb.

Soyuq hava istiliyə tələbatı artırır və bu həftə temperaturun yenidən aşağı düşəcəyi gözlənilir.

Agentlik qeyd edir ki, hazırda dərhal çatışmazlıq riski olmasa da, sürətlə tükənmə növbəti istilik mövsümündən əvvəl ehtiyatların qurulmasını çətinləşdirə bilər. Bu da qiymətlərə təsir göstərə bilər.

Qeyd edək ki, Rusiya qazının Ukraynaərazisindən tranziti ilə bağlı müqavilədekabrın 31-də başa çatıb.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova