Dünya

Rusiya PUA-ları Kiyevə hücum etdi — Ölənlər var

Rusiya PUA-ları Kiyevə hücum etdi — Ölənlər var

Yanvarın 1-də səhər saatlarında Rusiya pilotsuz uçuş aparatları Kiyevə hücum edib.

Demokrat.az xəbər verir ki, bu barədə şəhərin hərbi administrasiyası məlumat yayıb.

Şəhərin Peçerski rayonunda qalıqlar qeyri-yaşayış binasının, eləcə də çoxmərtəbəli yaşayış binasının üzərinə düşüb, bir neçə mərtəbə qismən dağılıb.

Kiyevin Svyatoşinski rayonunda dronun düşməsi qeyri-yaşayış binasında yanğına və tramvay relslərinin zədələnməsinə səbəb olub.

Hücum nəticəsində səlahiyyətlilərin məlumatına görə, iki nəfər həlak olub. Daha 7 nəfər yaralanıb.

Rusiya Müdafiə Nazirliyi hücumla bağlı açıqlama verməyib.

NE
Nihadə Eyyubova