Mərakeşin mərkəzi, cənub-şərq və cənub bölgələrində bir sıra əyalətlərə qar və leysan yağış yağıb, soyuq temperatur hökm sürür.
Oxu.Azxəbər verir ki, bu barədə "Maghreb Arabe Press" xəbər agentliyi məlumat yayıb.
Ölkənin 10-a yaxın əyalətində geniş ərazilər qalın qar təbəqəsi ilə örtülüb. Bəzi yerlərdə qar təbəqəsinin hündürlüyü 35-40 sm-ə çatır, havanın temperaturu mənfi 5 dərəcəyə enib.


