Dünya Özəl

İlon Maskın Almaniya siyasətinə qarışması sərt tənqid olunub

İlon Maskın Almaniya siyasətinə qarışması sərt tənqid olunub

Almaniya kansleri namizədi Fridrix Merz amerikalı sahibkar İlon Maskın sağçı Almaniya üçün Alternativ (AfD) partiyasını dəstəkləyən açıqlamasını tənqid edib.

Demokrat.az xəbər verir ki, o, bunu Almaniya seçkilərində görünməmiş müdaxilə adlandırıb.

O vurğulayıb ki, bu ABŞ-nin seçki kampaniyasına oxşar müdaxilə halını xatırlatmır.

Merz vurğulayıb ki, Maskın kampaniya çağırışı bütün sərhədləri aşır və təkəbbürlüdür.

Siyasətçi xatırladıb ki, AfD AlmaniyanınAvropa İttifaqından çıxmasını dəstəkləyir və bu, Almaniya iqtisadiyyatına mənfi təsir edəcək.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova