Gündəm

Xorvatiya Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

Xorvatiya Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

Xorvatiya Prezidenti Zoran Milanoviç Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident.

“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında faciəvi şəkildə qəzaya uğraması nəticəsində insanların həlak olması ilə əlaqədar Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan onların ailələrinə və bütün Azərbaycan vətəndaşlarına dərin hüznlə başsağlığı verirəm.

Bu kədərli vaxtda Azərbaycan xalqı ilə həmrəyliyimizi bildirir, yaralıların tezliklə sağalmalarını arzulayırıq.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan67nəfərdən42-si Azərbaycan,16-sı Rusiya,6-sı Qazaxıstan,3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan38-i həlak olub,29-u sağ qalıb.

Qəzadan sonra xəstəxanaya27şəxs daxil olub. Onlardan15nəfər Azərbaycan Respublikasının,8nəfər Rusiya Federasiyasının,3nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.

Hər iki pilot da daxil olmaqla3ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.

Dekabrın 26-da Azərbaycana14yaralı və4nəfərin cəsədi gətirilib.

Qeyd edək ki, hadisədən sonra dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Eyni zamanda Prezident İlham Əliyev dekabrın 26-nın Azərbaycanda matəm günü elan olunması barədə sərəncam imzalayıb.

NE
Nihadə Eyyubova