Çin ABŞ-ı kosmosda silahlanma yarışına başlamaqda ittiham edib.
Demokrat.az xəbər verir ki, Çin ABŞ hakimiyyətini ABŞ hərbçilərininYaponiyayayerləşdirməsindən sonra kosmosda silahlanma yarışına başlamaqda ittiham edib.
“Biz ABŞ-ı kosmos sahəsindəki təhlükəli hərəkətlərini ciddi şəkildə düşünməyə, yalan xəbərlər yaymağı dayandırmağa çağırırıq”,- deyə Çin müdafiə rəsmisi bildirib.
O qeyd edib ki, hazırda ABŞ hakimiyyəti öz kosmik potensialını genişləndirməkdə, hərbi ittifaqları gücləndirməkdə davam edir.
Onun sözlərinə görə,Pekinbu cür hərəkətləri qlobal strateji sabitliyə təhlükə kimi qiymətləndirir.
Əfsanə Kamal Demokrat.az


