Gündəm

“Təyyarə qəzasına səbəb Rusiya dronu olub” — “Euronews”

“Təyyarə qəzasına səbəb Rusiya dronu olub” — “Euronews”

Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na məxsus təyyarə Rusiya dronu ilə vurulub.

Yeniavaz.comxəbər verir ki, bu barədə “Euronews” Azərbaycan hökumətindəki mənbəyə istinadla məlumat yayıb.

“Mənbələrin bildirdiyinə görə, Qroznı səmasında hava fəaliyyəti aparan pilotsuz uçan aparat təyyarəni vurub.

Hökumət mənbələri bildiriblər ki, pilotların təcili eniş tələblərinə baxmayaraq, zədələnmiş təyyarənin Rusiyanın heç bir hava limanına enməsinə icazə verilməyib və ona Xəzər dənizi üzərindən Qazaxıstanın Aktau istiqamətində uçması ilə bağlı təlimat verilib”, - nəşr yazır.

NE
Nihadə Eyyubova