Dünya Özəl

ABŞ Maskın şirkəti ilə bağlı araşdırmaya başlayıb

ABŞ Maskın şirkəti ilə bağlı araşdırmaya başlayıb

ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası amerikalı sahibkar İlon Maskın şirkəti “Neuralink” ilə bağlı araşdırmaya başlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə milyarderin özü X sosial şəbəkəsində məlumat verib.

Şirkətin təsisçisi vəkilinin məktubunu dərc edib. Komissiya sahibkardan nağd ödənişə razılıq verməyi tələb edib. Əgər bunu etməsə, Maska bir sıra ittihamlar irəli sürülür.

SpaceX-in təsisçisinin vəkili onun hansı ittihamlardan danışdığını dəqiqləşdirməyib.

Neuralink artıq ABŞ səlahiyyətliləri tərəfindən bir neçə dəfə araşdırma obyekti olub.

2022-ci ildə heyvan hüquqları pozuntuları ilə əlaqədar araşdırma aparılıb.

Araşdırmanı USDA Baş Müfəttişi aparıb.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova