Almaniyada "Volkswagen" zavodlarında ikinci xəbərdarlıq tətili başlayıb.
Demokrat.az xəbər verir ki, "Volkswagen" zavodlarının işçiləriistehsalı azaltmaq planlarına görə ikinci xəbərdarlıq tətilinə başlayıblar.
"Volkswagen" in doqquz zavodunda tətillər keçirilir. Müəssisələrdə iş hər növbədə dörd saat müddətinə dayandırılacaq.
Xüsusilə,Braunschweigşəhərində təxminən 2,7 min zavod işçisi tətildə iştirak edir.
Almaniyada xərclərin azaldılması tədbirləri ilə bağlı"Volkswagen" rəhbərliyi ilə danışıqların yeni mərhələsində işçilər tətil fəaliyyətini gücləndirəcəklər.
Əfsanə Kamal Demokrat.az


