Fransa prezidenti EmmanuelMakronistefa verməyəcəyini bir daha bəyan edib.
Bizim.Media xəbər verir ki, bu barədə o, xalqa videomüraciətində bildirib.
“Mən beş illik müddətə seçilmişəm və mandatımın sonuna qədər vəzifədə qalmağı planlaşdırıram. İstefa verməyəcəm, 2027-ci ilə qədər seçilmişəm”, - Makron deyib.
Qeyd edək ki, Fransa Milli Assambleyası Mişel Barnier hökumətinə etimadsızlıq haqqındaqətnaməqəbul edib. Makron isə ötən gün Baş nazir Mişel Barnierin və ölkə hökumətininistefasınıqəbul edib.


